Paylaş

Ötən il dünyanın ən yaxşı qoluna imza atan “Qoyanesiya” klubunun futbolçusu Vendell Lira karyerasını başa vurub.

27 yaşındakı braziliyalı futbolçu qərarını belə əsaslandırıb:

“Futbol dünyasındakı yalanlar və zədəm belə qərar verməyimə səbəb oldu. Futbolda 15 il keçirdim. Braziliyada peşəkar futbolçu olmaq çox çətindir. Heç vaxt unuda bilməyəcəyim anlarım oldu. Dünya ulduzları ilə birgə oynadım və bir sıra uğurlara imza atdım. Lakin artıq futboldan getməyə qərar verdim”.

Qeyd edək ki, Lira 2015-ci ilin ən yaxşı qolu üçün verilən Ferens “Puşkaş” mükafatına sahib çıxıb. Onun “Atletiko Qoyanense”yə vurduğu qol ötən ilin ən yaxşısı seçilib.

Qol.az