Paylaş

Çinin “Elephone” mobil texnika istehsalçısı 2015-ci ilin payızında 10 nüvəli prosessorla təchiz edilmiş ilk smartfon istehsal edəcəyinə dair söz verib.

Kishi.az ICTnews.az-a istinadən bildirir ki, “Elephone P9000” qurğusu “X20 Helio” prosessoru ilə işləyən ilk model olacaq. Ekranın diaqonalı 5,5 düym (təxminən 14 santimetr), təsvir ölçüsü 1920×1080 nöqtə təşkil edəcək. Əməli yaddaşın tutumu 4 QB, istifadəçi məlumatlarının saxlanılması üçün daxili yaddaşın tutumu 32 QB (128 QB-dək tutumda yaddaş kartı dəstəklənir) təşkil edəcək. 21 meqapiksellik kamera keyfiyyətli fotoşəkil çəkməyə imkan verəcək. Daxili akkumulyatorun tutumu 3100 milliamper/saat olacaq.

Gözləntilərə görə, “Android 5.1” mobil platforması ilə işləyəcək “P9000” smartfonu 20 oktyabr 2015-ci il tarixində 500 dollara satışa çıxarılacaq.

2015-ci ilin qabaqcıl qurğuları əsasən 64 bitlik 8 nüvəli prosessorlarla təchiz olunub.