Paylaş

topSloveniyanın “Maribor” klubunun 4 futbolçusu avtomobil qəzasına uğrayıb.

Məşqdən qayıdan oyunçuların yer aldığı maşın işıqfora çırpılıb. Nəticədə avtomobil 2 hissəyə parçalanıb.

Qəzada “Maribor”un 21 yaşlı serbiyalı forvardı Zoran Balyak və 20 yaşlı sloveniyalı müdafiəçi Damyan Maryanoviç həlak olublar. 19 yaşlı serb qapıçı Lyubomir Moravats ciddi xəsarət aldığı halda, 19 yaşlı sloveniyalı müdafiəçi Jiqa Lipuşçek qəzadan salamat qurtulub. (Qol.az)