Paylaş

Rusiya mətbuatı 2015-ci ildə dünya məşhurlarının etdiyi ən səs-küylü açıqlamalarının siyahısını hazırlayıb.

Kishi.az axşam.aza istinadən həmin siyahını təqdim edir:

Hollivud ulduzu Ancelina Coli iki süd vəzisini kəsdirməsini bəyan etmişdi. Onun bu açıqlaması böyük səs-küy doğurmuşdu.

Kim Kardaşyanın ögey atası Bryus Cenner cinsini dəyişərək qadın oldu və adını Keytlin etdi.

“Wall Street” dərgisinin müəllifi Daşa Jukova milyonçu Roman Abramoviçlə nikah masasına oturması xəbəri də hər kəsi təəccübləndirdi. 2005-ci ildə tanış olan cütlüyün 2009-cu ildə övladı dünyaya gəlmişdi. Daşa müsahibələrindən birində Romanla uzun illər əvvəl evləndiklərini etiraf etmişdi.

Tanınmış müğənni Selena Qomes kimyaterapiya keçdiyini açıqlamışdı.

Məşhur ulduz Vanessa Paradi və Coni Deppin qızı Lili Rouz biseksual olduğunu açıqladı.

Aktrisa Pamela Anderson Hepatit C-dən müalicə aldığını açıqlayıb. O, xəstəliyin tamamilə sağaldığını bəyan etmişdi.

Məşhur dizayner Donna Karan gənclikdə uşağını tələf etdiyi ilə bağlı hekayəsini danışmışdı.

2015-ci ildə mətbuatda Hollivud ulduzu Çarli Şinin spid infeksiyasına yoluxması ilə bağlı xəbər yayılmışdı.