Paylaş

Kişi dəbi də  da artıq qadın dəbi  qədər maraqla qarşılanır. Əvvəllər moda həftəsi  dedikdə ağıla yalnız qadınlar gəlirdi. Artıq kişiər üçün də moda həftələri keçirilir. Sizi valeh edən dizaynlar, məxmər parçalı zadəgan paltarlar, retro parçalar və çiçək naxışlı payız-qış  modasında önə çıxan trendləri sizə təqdim edirik:

“Uçuşa hazır ol”

Təməli 1920-ci illərin əvvəlində  qoyulan və amerikalı müharibə pilotları üçün xüsusi olaraq hazırlanmış pencəklərin illər içində keçirtdiyi dəyişim və modada əldə etdiyi yer sizcə də qərib deyil mi? O zamanlardan möhkəm olması və soyuqdan qoruması üçün dəridən hazırlanan, kobud modellərdə olan bomber pencəklər, bu gün ipək, atlas, məxmər kimi ən narın parçalardan hazırlanır. Sərin payız axşamlarına yaraşan bomber pencəkləri istər kətan şalvarla, istərsə də cins ilə dəstləşdirə bilərsiniz.

modastil_09

Böyük Bədən

Kişilər üçün  qış aylarının əvəzedilməzi geyinildiyi vaxt sanki bir neçə ölçü böyük kimi hiss etdirən geyimlər olacaq. İstər kürklü palto, istər boş sviter ya da yük şalvarı olsun, 2016-2017 payız- qış kolleksiyasında hamısından var. Vacib olan bu parçaları istifadə edərkən diqqətli olmaqdır. Bədəninizə nə uyğundursa, onu  geyinin.

modastil_12

Zadəganlıq

Məxmərin payızın rənglərinə uyğun olduğunu bildirən stilistlər yeni sezon üçün bu parçalardan istifadə ediblər. Tünd qırmızı və yaşıl rəngin tonları ilə yanaşı qəhvəyi, qara və göy rəngləri kişi geyimlərinin əvəzedilməz rənglərindəndir. Bu rənglərin hər biri məxmər parça ilə uyğunluq yaradacaq. Bəzən məxmər pencək, bəzən də məxmər şalvar sizin gözəlliyinizi tamamlayacaq. Bəs bütünlüklə məxmər kostyum geyinmək? Bu cəsarət istəyir. Amma inanın, buna dəyər.

modastil_22

Nostalji

Havaların soyuması ilə birlikdə kişilər keçmiş zamana səyahət edəcəklər. Çox keçmişə, 70-ci illərə qayıdacaqlar. Sezonun önə çıxan nostalji trendi budur. Şərflər, leopard naxışlar, trapes şalvarlar, rəngli çaplar, balıqçı yaxalıqları dəbdə olacaq. Heç nə üçün gec deyil. Əsas olan nostalji görünüşlü  bu müasir geyimləri bir biri ilə düzgün uyğunlaşdırmaqdır.

modastil_28

Çiçək naxışlar

Çiçəklərə qadın kolleksiyasında daha çox rast gəlmək olar. Lakin bu dəfə 2016-2017 payız-qış sezonunun kişilər üçün olan kolleksiyasında da bu naxışları görə bilərik. Gözlənilməz olsa da, çiçək naxışlarını kişi kolleksiyasında tez-tez görəcəyik. Bəzən cins pencəkləri, bəzən də köynəkləri, hətta çantaları çiçək naxışlar bəzəyəcək. Diqqət mərkəzində olmaq istəyənlər gündəlik olaraq bu geyimlərdən istifadə edə bilərlər.

modastil_29