Paylaş

2017-ci ilə təxminən 1 ay qalıb. Bu çox az zaman deməkdir, amma əgər elə indicə nəyisə dəyişmək istəsəniz bunun üçün kifayət qədər vaxtınız var. Elə isə buna aşağıdakı siyahıdan başlayın.

  1. Ətrafınızı maksimum dərəcədə təmizləyin. İnsanların çox az qismi ümumi təmizliyi sevir, daha az qisim isə lazımsız əşyaları tullamağı xoşlayırlar. Təsəvvür edin ki, heç bir artıq əşya olmayan səliqəli bir evdə oyanırsınız. Bunun düşüncəsi belə adama xoş təsir bağışlayır. Məsləhətdir ki, yeni il qabağı bütün paltarları, süfrələri, pərdələri yuyub, evi təmizləyəsiniz.
  2. Lazımsız əşyaları satın və ya kiməsə bağışlayın. Ümumi təmizlikdən sonra siz başa düşürünüz ki, lazımsız çox əşya var, lakin bunların hamısını atmağa adamın əligəlmir. Niyə də bu əşyaları yaxınlarınıza və ya xeyriyyə cəmiyyətinə verməyəsiniz ? Bu əşyaları, həmçinin, onlayn satış dükanlarında satmaq da olar. Bununla da siz həm köhnə əşyalardan azad olacaqsınız, həm də bayram xərcliyi üçün daha çox pulunuz olacaq.
  3. Borclarınızı qaytarın. Əhəmiyyətli deyil ki, bu pul borcudur yoxsa yox. Bütün borclarınızı qaytarın ki, yeni ilə azad girəsiniz. Bitirilməmiş şeylər həyatınızda olduğu müddətcə yenilər girə bilməyəcək.
  4. Bütün poçtunuzu və sosial şəbəkələrinizi təmizləyin. Çox çətin məsələdir, amma buna dəyər. Hazırda həyatımız daha çox virtual reallıqda keçir. Ümumi təmizliklə bağlı olan prinsip burada da keçərlidir. Bütün aktual olmayan məktubları, mahnıları və mesajları silin. Siz həm özünüzü yaxşı hiss edəcəksiniz, həm də telefonunuzu və ya kompüterinizin yaddaşını təmizləmiş olacaqsınız.
  5. Həkimə gedin. Ümumi müayinəyə gedin. Həkimə gedişi hər dəfə təxirə salmaqla siz problemi daha da dərinləşdirə bilərsiniz. Sadəcə gücünüzü toplayın və qəbula yazılın. Sağlamlığınız elə önəmli şeydir ki, siz onun qayğısına özünüz qalmalısınız. Tək getməkdən qorxursunuz ? Dostunuzu özünüzlə götürün. Bununla siz onun da həkimə görünməsinə şərait yaratmış olarsınız.
  6. Özünüz özünüzə səmimi məktub yazın. Uyğun bir vaxt tapın və oturub bütün ilin hadisələrini analiz edin. Özünüzə qarşı səmimi və ədalətli olun, bütün uğurlarınızla fəxr edin və uğursuzluqlarınızı daha dərindən düşünün. Hər nailiyyəti yuxarıya doğru daha bir addım, lakin hər bir uğursuzluğu aşağı addım yox, yeni bir dərs kimi qiymətləndirin və bundan nəticə çıxarın. Sözlərin düzgün yazılışına və cümlə quruluşuna fikir verməyin, sadəcə düşündüklərinizi boşaldın və özünüzə demək istədiklərinizi yazın.
  7. Əlbəttə ki, hədiyyələr alın. Həmdə ki bunu elə indi etmək lazımdır, bayramdan bir gün əvvəl deyil. Təbrik etmək istədiyiniz insanların siyahısını yazın və hər birinin qarşısında ala biləcəyiniz hədiyyələri qeyd edin. Beləliklə, siz dəqiq heç kimi unutmayacaqsınız.
  8. Harada, necə və kiminlə yeni ili qarşılamaq istədiyinizi düşünün. Bu arada yeni ili təklikdə də qarşılaya bilərsiniz.
  9. Asudə vaxtlarınızı düşünün. İstirahət günləri və boş vaxtlar çox olacaq. Nə ilə məşğul olacaqsınız? Hara gedəcəksiniz? Nə edəcəksiniz? Elə indidən plan hazırlayın. Bu zaman bayramınız daha gözəl və maraqlı keçəcək. Deməli bütün iliniz də elə olacaq.
  10. Qarşıdakı ili planlaşdırın. 2017-yə az qalıb. Öz məqsədlərinizi, arzu və plalarınızı düşünün. Dəqiq planlamalar etməyin. Sadəcə təxmini qeyd edin ki, siz gələn il nə ilə məşğul olmaq istəyirsiniz. Məsələn, əgər siz səyahətə getmək istəyirsinizsə, bunun üçün pul yığmaq heç də pis olmaz.