Paylaş

“Barselona”nın futbolçusu Lionel Messi İspaniya La Liqasınn 31-ci turunda “Real”la oyun öncəsi açıqlama verib.

O, futbolçu karyerasındakı 500-cü qolu “El-Klassiko”da vurmaq istədiyini deyib:

“Real”ı məğlub edərək onlarla xal fərqini artırmaq istəyirik. 500-cü qolumu Madrid klubuna vurmaq istəyirəm. Bu, mənim üçün gözəl xatirə olar”.

Qeyd edək ki, “Barselona” – “Real” oyunu aprelin 2-i keçiriləcək.

Əlavə edək ki, L.Messi “DÇ-2018″in Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Boliviyaya qarşı matçda futbolçu karyerasının 499-cu, millidəki 50-ci qolunu vurub.

Qol.az