Paylaş

Öz dövründə olduğu kimi, indi də bir çoxları üçün əlçatmazdır. 62 ilin avtomobili 100 min dollar satılır.

“GAZ 12 ZİM” markalı bu avtomobil, 1954-cü il istehsalıdır. Amma sanki zavoddan təzə çıxıb. Avtomobil mexaniki sürət qutusuna malikdir. İstehsal edildiyi gündən 62 il ötməsinə baxmayaraq, saz vəziyyətdədir. Üstəlik heç bir detalı da dəyişdirilməyib.
Mühərrikinin həcmi 2,1 litr olan maşın yegane müdaxilə yenidən cilalanmasıdır. Çünki yarım əsrdən artıq yaşı olan avtomobilin rəngi solubmuş. Avtomobil 22 ildir ki, İmanqulu İmanquliyevdədir. Sahibinin sözlərinə görə, maşın bu illər ərzində sürülməyib və qarajda saxlanılıb.
Avtomobilin uzunluğu 5 metrdən çoxdur. Salon, zəngin görünüşü ilə diqqət çəkir. Maşın, siqaret çəkmək üçün elektrik alışqanı, külqabı və bir həftəliyə qurula bilən saatla təchiz olunub. Radiosu işləsə də müasir dalğanı qəbul etmədiyindən alıcı ona əlavə qurğu quraşdırmalı olacaq. Yəni bu avtomobil dövrünün ən komfortlu komlektasiyasına malikdir.

Avtosfer.az