Paylaş

Kişilər, hədiyyə seçmək bir sənətdir. Xüsusi günlərdə, bayramlarda sevgilimizə və yaxud həyat yoldaşımıza ona özünü xüsusi hiss etdirəcək hədiyyələr axtarırıq, amma hər zaman onları hədiyyəmizlə sevindirə, təəccübləndirə bilirikmi?
Hədiyyə seçimi zamanı çoxunuzun çətinlik çəkdiyini bilirik. Buna görə də indi sizə qarşımızdakı qadını təəccübləndirəcək bir neçə hədiyyə təklifi təqdim edəcəyik.

Qadınlar heç vaxt bahalı zinyət əşyasına yox deməz!
Kişilər, bu hədiyyə ilə hər zaman qadınların qəlbini fəth edəcəyinizi düşünürsünüzsə, yanılırsınız! Xanımlar arasında aparılan sorğu nəticəsində yalnız 14% qadın boyunbağı, qolbaq və.s bu kimi hədiyyələrin maraqlı olduğunu bildirib, yerdə qalan hissə isə bunun çox adi, standart ərmağan olduğunu deyib. Xanımların fikrincə, kişilər özlərini çox yormaq istəmədiklərinə görə bu cür hədiyyələr seçirlər. Unutmayın ki, sizi həqiqətən sevən birini maraqlandıran o hədiyyəyə nə qədər pul deyil, nə qədər vaxt xərcləməyinizdir.

Ən sadə hədiyyə-Ətir
Ətir seçimi sizin gözünüzdə adi iş kimi görünə bilər. Əslində isə xanımınızın istədiyi ətiri tapmaq olduqca uzun vaxt alan prosesdir. Bunun üçün əvvəlcə onun tünd, yoxsa açıq ətirləri sevdiyini, daha çox hansı firmanın məhsullarına üstünlük verdiyini bilməlisiniz. Əgər sevdiyi ətiri tapmağı bacarsanız, xanımınızın da qəlbini bir günə fəth edə bilərsiniz.

Evlənmə təklifi
Bu hər qadının xəyalındakı 8 mart hədiyyələrindən biridir. Çünki, qadınlar xüsusi günlərdə evlənmə təklifi almağı sevirlər.Xüsusi günlərdə evlənmə təklifi etməklə siz xanımınızın gözündə onun xəyalındakı gələcək romantik həyat yoldaşı statusunu qazanacaqsınız.

Onun nəyə ehtiyacı var?
Günümüzdə qadınların sevdiyi hədiyyələrdən biri də müxtəlif texnoloji vasitələrdir. Bunun üçün əvvəlcə xanımınızın yeni telefon, noutbuk, İpod və.s bu kimi alətlərə ehtiyacı olub olmadığını öyrənin, amma əmin olun ki, heç bir qadın köhnə telefonundan daha üstün özəlliklərə sahib yeni telefona yox deməz.

Unudulmaz gecə
Bildiyiniz kimi xanımlar biz kişilərlə müqayisədə romantikaya daha düşkün olurlar. Buna görə də bu dəfəki 8 martın uzun müddət onun yaddaşında qalmasını istəyirsinizsə, yalnız hədiyyə ilə kifayətlənməyin. Onun üçün xüsusi bir gecə hazırlayın. Belə bir şərait yaratmaq isə əmin olun ki, siz düşündüyünüz qədər çətin və çox xərc tələb edən iş deyil. Bunun üçün öz əllərinizlə hazırladığınız yemək süfrəsini, qızılgül ləçəkləri, şamlar, şarlar vasitəsi ilə bəzəyin. Əmin olun ki, hədiyyənizdən daha çox bu atmosfer sevgilinizin xoşuna gələcək və bununla xanımınızı onu nə qədər çox sevdiyinizə, xüsusi hesab etdiyinizə inandırmış olacaqsınız.