Paylaş

Almaniya Bundesliqasının 26-cı turunda keçirilən “Borussiya” – “Maynts” oyununda xoşagəlməz hadisə yaşanıb.

Matçın ilk hissəsində Dortmund təmsilçisinin 80 yaşlı azarkeşi infarkt keçirib.

Ətrafda olanlar onu həyata qaytarmaq istəsələr də, buna nail olmayıblar. Ürəktutmasından əziyyət çəkən digər azarkeşi isə masaj sayəsində xilas etmək mümkün olub. Cənub tribunasında yaşanan hadisə səbəbindən hər iki komandanın azarkeşləri oyunun sonuna qədər səssiz qalıb.

“Borussiya” görüşün 77-ci dəqiqəsində ikinci qolu vurduqda, stadionda nə əvvəlki kimi qolun mahnısı eşidilib, nə də fərqlənən futbolçunun adı anons edilib. Matçın 88-ci dəqiqəsində isə qonaq komandanın azarkeşləri də daxil olmaqla stadionda olan hər kəs “Liverpul”un məşhur “You’ll never walk alone” (heç vaxt yalnız qalmayacaqsan) mahnısını səsləndirib.

Qeyd edək ki, oyun 2:0 hesabı ilə “Borussiya”nın xeyrinə başa çatıb.

Qol.az