Paylaş

İtaliyada 91 yaşlı kişi orta məktəbi bitirib. O, etiraf edib ki, ömrüboyu işləyib və bütün vaxtını öz ailəsinə sərf edib. Nəhayət, indi təhsilinə də vaxt ayıra bilib.

4 övladı və 6 nəvəsi olan Nikola Torello 6 məktəb imtahanını uğurla verib. O, italiyan şairi Alessandro Manconi haqqında yazdığı esseyə görə, riyazi məsələlərin həllinə görə və ingilis dilindən şifahi imtahana görə yüksək qiymət alıb. Onu da qeyd etmək lazımdır ki, ingilis dili imtahanı italiyanlar üçün əsl kabusdur, yalnız Torelli üçün yox.

“Mən keçən il dünyasını dəyişmiş arvadım Lisii haqqında hekayə hazırlamışdım. Ancaq axıra qədər danışmağa icazə vermədilər” – bunu imtahanın tez bitməyinə heyifslənən yaşlı məzun deyib.

Ancaq İkinci Dünya Müharibəsində Yunanıstanda necə xidmət göstərdiyi haqqında danışdıqları müəllimlərin marağına səbəb olub.

Təqaüdçü dərslərinə çox ciddi yanaşırdı: hər gün axşam saat 5-də başlayan dərsə vaxtında gəlirdi. Və onun dayanmaq fikri yoxdur. O universitetə qəbul olmağı planlaşdırır. Kişi etiraf edib ki, humanitar fənnləri sevir. Düşünür ki, bu fənnlər üzrə daha yaxşı təhsil almaq üçün şəhərin mərkəzinə getmək lazımdır. Bu da onun üçün çətinlik törədir. Ona görə evinin yaxınlığında yerləşən politexnik universitetinə qəbul olmağı qərara alıb. “Həm də mən kompyuteri öyrənmək istəyirəm”- Torelli əlavə edib.

91 yaşlı məzun təkcə təhsillə yox, idmanla da məşğuldur. O, həftədə 2 dəfə hovuda üzür. Torellinin fikrincə, yaşın neçə olmasından asılı olmayaraq insan idmana və təhsilə vaxt ayırmalıdır.