Paylaş

Əziz oxucular, “Həkim məsləhəti” rubrikası sizin səhhətinizlə bağlı suallarınızı cavablandırmaq üçün nəzərdə tutulub. Bunun üçün sağlamlığınızla bağlı sizi narahat edən bütün sualları bizə ünvanlamağınız kifayətdir. Aşağıda keçən həftə həkimlərimizə ünvanladığınız sualların cavabı ilə tanış ola bilərsiniz.

1. Oxucu sualı: Salam, həkim. Mən 2 aylıq hamilə idim. Uşağı dərmanla saldırdım. İndi 3 gündür ki qanaxmam var. Öyrənmək istiyirəm bu normaldımı? Və bu gələcəkdə uşağa qalma riskin nə qədər aşağı salır?

1. Həkim cavabı: Medikamentoz abort sonrası bu cür simptomlar yarana bilər: qarın nahiyəsində kəskin ağrılar, qanlı ifrazat və qanaxma, baş ağrısı, ürək bulanma, qusma, qızdırma və s. Əsas ağırlaşma natamam abort və uşaqlığın qanaxması sayılır, bu halda mütləq cərrahı müdaxiləyə ehtiyac var. Abort sonrası mütləq USM müayinəsindən keçmək və təkrar ginekoloq baxışı məsləhətlidir. Medikamentoz abort ən təhlükəsizli müdaxilə sayılsa bilə, bəzi amilləri sonsuzluğa qətirə bilər: hormonal disbalans, iltihabi proses, mənfi Rh (ilk hamiləlikdə) və s. Ginekoloq müşahidəsi mütləqdir.

2. Oxucu sualı: Salam həkim, mən bir ildir evliyəm. Həkimə getdim dedi yumurtalıqlarda kista var. Onu əməliyyatla kəsib götürməlidirlər, amma dedi ki, əməliyyatdan sonra uşağa qalmaya da bilərəm. İndi öyrənmək istəyirəm. Elə bir müalicə yoxdur ki, onu etsinlər uşaq dünyaya gətirim, sonra əməliyyat olunum? Və bu əməliyyatdan sonra heç uşaq dünyaya gətirmək şansım var?

2. Həkim cavabı: Yumurtalıq kistasının bir neçə növü mövcüddur : follikulyar, lutein, dermoid kista, endometrioma və s. Səbəb, razmer, növ, pasientin yaşından və sağlamlığından asılı olaraq müalicə olunur – gözləmə taktikası, konservativ və cərrahi üsullarla. Bəzi hallarda (kista kapsulasının zədələndiyi zaman, kistanın burulması və s.) cərrahi müdaxilə mütləq sayılır. Ginekoloq müayinəsindən sonra Sizin gələcəkdə valideyn olma barəsində danışmaq olar.

3. Oxucu sualı: Salam həkim, mən idmançıyam. Eşitmişəm ki, masturbasiya etmək idmançılar üçün zərərlidir, çünki bundan sonra özlərin zəif hiss edirlər və.s. Sizcə, bu nə dərəcədə düzgün fikirdir?

3. Həkim cavabı: Masturbasiya zamanı itrilən enerji nəticəsində qısamüddətli zəiflik (4-5 saat) hissi yarana bilər. Bədəndəki testosteronun və libidonun azalmasına gətirir. Lakin bu həmdə psixoloji gərginlyi aradan qaldırır. Daha ətraflı məlumat üçün androloq və yaxud seksopatoloqla fərdi danışıq məsləhtlidir.

4. Oxucu sualı: Salam, həkim. Mən öyrənmək istəyirəm göbələk xəstəliyinin müalicəsi nədir? Bunun üçün konkret hansısa dərman və ya ev şəraitində hazırlaya biləcəyim müalicə üsulu varmı?

4. Həkim cavabı: Göbələyə qarşı müalicə antimikotiklərdən ibarətdir. Bu preparatlar həm peroral, həm parenteral, həmdə xarici istifadə oluna bilər. İlk öncə diaqnozu dəqiqləşdirmək mütləqdir. Bunun üçün dermatoloqa müraciyyət etmək lazımdır. Yalnız həkim müayınəsindən sonra müalicə tətbiq oluna bilər.

5. Oxucu sualı: Salam həkim, varikoz xəstəliyi nədir: Hansı səbəbdən yaranır və bunun müalicəsi nədir?

5. Həkim cavabı: Varikoz (və yaxud venaların varikoz genişlənməsi) venoz qapaq çatmamazlığı, damar tonusunun azalması nəticəsində qan dövranı venalarda ləngiyir. Məhz bu gərginliyin nəticəsində, aşağı ətrafdakı dərialtı venalar öz elastikliyini itirərək bir qədər dartılmış olur, bəzi yerlərdə venoz düyünlər (latın dilində “varix”) əmələ gəlir. Yaranma səbəbləri: irsiyyət, hamiləlik, piylənmə, hərəkətsizlik və s. Müalıcə həm profilaktik cəhətdən (idman, müalicəvi corablar, üzgüçülük) həmdə artıq genişlənmiş venaların skleroterapiyası kimi istifadə oluna bilər. Mütləq həkim-fleboloqun baxışı məsləhətlidir.

Qeyd: Əgər siz suallarınızın cavabını birbaşa olaraq “Sağlam ailə” tibb mərkəzinin mütəxəssislərindən soruşamaq, müayinə olunmaq istəyirsinizsə, (012) 910 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.