Paylaş

AÇ-2016-nın 1/8 final mərhələsinin İngiltərə – İslandiya matçının 4-cü dəqiqəsində Ueyn Runinin penaltidən vurduğu qol bu turnirin 86-cı qolu olub.

Bununla da hazırda Fransada davam edən birincilik tarixin ən çox qol vurulan çempionatı olub.

Bundan qabaq isə ən böyük məhsuldarlıq 2000-ci ildə qeydə alınıb. Həmin il Belçika və Hollandiyanın birlikdə təşkil etdiyi birincilikdə ümumilikdə 85 qol qeydə alınıb.

Qeyd edək ki, AÇ-2016-da tarixdə ilk dəfə 24 komanda final mərhələsində mübarizə aparır. Buna qədər isə 1960-cı ildən 1976-cı ilə qədər 4, 1980-1992-ci illər arasında 8, 1996-dan 2012-ci ilə kimi isə 16 komanda çempionluq üçün mübarizə aparıb.

Apasport.az