Paylaş

Mükafat rekordçusu, müğənni Adel pərəstişkarlarını kədərləndirəcək addım atıb.

Bir-birinin ardınca çıxardığı albomlarla musiqi bazarında uğur qazanan ifaçı musiqi fəaliyyətini dondurur.

Adel keçən ay başladığı konsert turunu tamamladıqdan sonra musiqiyə beş il ara verəcək.

Məşhur müğənni oğlu Angelo, sevgilisi və dostları ilə daha çox vaxt keçirmək istədiyi üçün bu addımı atıb.

Qeyd edək ki, sənətçi Avropa və ABŞ-ın 105 şəhərində konsert verəcək.

Xatırladaq ki, Adel həmkarı Simon Konecki ilə 2011-ci ildə sevgili olduğunu açıqlayıb. Cütlüyün Angelo Konecko adlı bir oğlu var.

“Qafqazinfo”