Paylaş

“Kəpəz” Avroliqada mübarizəni dayandırıb.

Bununla bağlı idman şərhçisi Sənan Şəfizadə müsahibə verib. “Kəpəz”- “Admira” qarşılaşmasını şərh edən idman eksperti bildirib ki, “Kəpəz”in məğlubiyyəti gözlənilən idi:

“Mən düşünürdüm ki, “Kəpəz” ilk mərhələdə mübarizəni dayandıracaq. İlk mərhələdə bəxt və komandanın əzmkarlığı nəticəsində Moldova komandasını keçdilər, amma “Admira”ya uduzmaq normal idi. Komandamız zəif idi. Oyun özü də göstərdi ki, “Kəpəz” ikinci mərhələdə oynaya biləcək komanda deyildi. Şahin Biniyevin bu haqda dediyi sözlərə qatılıram ki, “Kəpəz” üçüncü mərhələyə keçsəydi digər komandaya haqsızlıq olardı. Amma komandanın qüvvəsini və heyyətini nəzərə alsaq, deyə bilərik ki, bir mərhəlni  keçmək belə onlar üçün böyük nəticədir”

GSR.fm