Akvariumunuzu özünüz dizayn edin

Paylaş

Bəzi insanlar akvariumun qabağında saatlarla duraraq ona baxmağı hobbiyə çeviriblər. Akvariumdakı balıqlar qədər içinin dizaynı da insanlara zövq verir.

Hobbi kimi uşaqlığından akvariumun düzəldilməsi, dizaynı və balıqlara qulluq işi ilə məşğul olan akvaryumist Elxan Osmanov akvariumun suyunun dəyişdirilməsi və dekor seçimindən danışdı:

 “Akvariumun suyunu ayda bir və ya iki dəfə dəyişdirmək olar. Amma bu balıqlara görə fərqlənir. Əgər siz akvariumda yetkin balıqlar saxlayırsınızsa bu zaman ayda bir dəfə 30%-dən çox olmamaqla akvariumun suyunu dəyişdirmək lazımdır. Akvariuma tökəcəyiniz su ya bir gün kənarda saxlanılmalı ya da ki, içinə dərman tökülməlidir. Çünki, kran suyu akvarium suyuna çevrilməldir ki, balıqların yaşaması üçün xoş hala düşsün. Diqqət yetirməli olduğunuz digər bir məqam da, akvariumun dekorunda istifadə etdiyiniz  bəzəklərin düzgün seçilməsidir. Akvariuma hər istənilən detalı qoymaq olmaz. Çünki, həmin dekorlar balıqlarla su vasitəsi ilə canlı təmasda olur. Ona görə də, akvarium istehsal edən şirkətlərin dekorlarından istifadə edilməlidir. Çünki, bu dekorlar suyu zəhərləmir və tərkibini dəyişmir”.

Akvariumun dizaynı zamanı canlı bitkilərdən istifadə etsək daha yaxşı olar:

 “Canlı bitkilər suya oksigen verir, balıqlara xoş su mühiti yaradır və suyun yumşalmasına təsir göstərir. Ancaq akvariuma süni bitkilər də qoymaq olar. Canlı bitkilərə qulluq etmək çətindir. Ona görə də, hər adam buna vaxt ayırmaq istəmir. Ancaq süni bitkilər üçün belə tələblər olmur. Həmçinin onların akvariuma və balıqlara  heç bir ziyanı yoxdur”.


 Hazırladı: Günay Kəlbəcərli