Paylaş

Avtomobil çox nadir, hətta unikaldır

Fransadakı adi, sıradan bir fermalardan birində aşkarlanmış 60 raritet avtomobilin milyonlarla avro dəyəri var.

Həmin klassik maşınlardan biri srağagün keçirilmiş hərracda 23 milyon dollara satılıb. Bir zamanlar əfsanəvi fransız aktyor Alen Delona məxsus olmuş “Ferrari 250 GT SWB California Spyder” avtomobilini 23 milyon dollara alan şəxsin adı açıqlanmır.

Bu avtomobil çox nadir, hətta unikaldır. Çünki “Ferrari” avtomobil konserni cəmi 36 ədəd “Ferrari 250 GT SWB California Spyder” istehsal edib. Fransanın cənub-qərbindəki kiçik fermada aşkarlanmış 60 klassik avtomobil arasında raritet “Maserati”, “Bugatti”, “Hispano-Suiza”, “Talbot-Lago”, “Panhard-Levassor”, “Maserati”, “Delahaye” və “Delage” də var.

Avtosfer.az