Paylaş

Amerikalı biokimyaçı və neyrobioloqlar tərəfindən yaradılmış qurğu yeni bacarıqlara asan və sürətli şəkildə yiyələnməyə imkan verir. Cihaz çoxlu sayda elektroddan ibarət futuristik şlemi xatırladır və beynin müəyyən sahələrinə zəif elektrik cərəyanının verilməsinə imkan verir.

“Biz 6 kommersiya və hərbi pilotun beyninin fəaliyyətini araşdırmışıq və daha sonra bu fəaliyyət modelini yeni pilotların beyninə yükləməyə çalışmışıq” – doktor Metyu Fillips deyib.

Nəticədə gənc pilotlar qrupu yeni bacarıqları daha yaxşı və sürətli mənimsəyiblər.

Alimlərin fikrinə görə, gələcəkdə “beyin” üçün belə trenajor adiləşə bilər. Bundan başqa, beynin elektrostimulyasiyası bəzi pasiyentlərə insultdan sonra daha tez sağalmağa kömək edə bilər.

“ICTnews”