Paylaş

Yeni kompüter oyunu spirtli içki asıllığından xilas edəcək.

Bu oyunu Çunan Universitetinin mütəxəssisləri icad ediblər. Üç mərhələdən ibarət olan oyunun birinci mərhələsində oyunçu əlavə düşüncələrdən uzaq olan sakit atmosferdə olur. İkinci mərhələdə oyunçunun iradəsi sınaqdan keçirilir və o restoranda içki içən insanların arasında olur. Üçüncü mərhələdə isə oyunçu spirtli içkinin fəsadları ilə təmasa girir. Oyun alkoqolizmdən əziyyət çəkən 12 kişinin üzərində sınaqdan çıxarılıb. İçki düşkünlüyündən əziyyət çəkən insanlar bir ay müddətində yeni oyunun vasitəsi ilə müalicə olunublar. Bir ay ərzində alimlər pasiyentlərin beyinlərini skan ediblər və nəticədə beyində funksiyaların normal şəkildə fəaliyyətini bərpa etdiyi nəzərə çarpıb. Müalicədən sonra içki düşkünlüyündən əziyyət çəkən insanlarda sağalma müşahidə olunub və həmən insanlar öz emosyalarınlı kontrol nəzarətdə saxlamağı bacarıblar. (Atv.az)