Paylaş
Aktyor Antonio Banderas gənc holland sevgilisi Nikol Kempellə istirahət edərkən obyektivlərə tuş gəlib.kishi.az Axşam.az-a istinadən xəbər verir ki, cütlük İtaliyada dincəlir. Beynəlxalq kinofestivaldan ötrü İtaliyada olan 53 yaşlı aktyor Nikolla yaxta gəzintisi fürsətini əldən verməyib. Bir qədər günəş vannası qəbul edən sevgililər daha sonra dənizə giriblər.

Qeyd edək ki, Antonio Banderas daha əvvəl aktrisa Melani Qriffitlə 18 il ailəli olub. Cütlüyün 17 yaşlı Stella adlı qızı var.