Paylaş

Yayılan məlumatlara görə, “Altletico Madrid” in uğurlu oyunçularından hesab edilən Arda Turan evlənməyə hazırlaşır.
Futbol həyatındakı uğurları ilə yanaşı, həm də tez-tez eşq həyatı ilə gündəmə gələn məşhur futbolçunun artıq uzun müddətdir sevgili olduğu Aslıhan Doğana evlənmə təklifi etdiyi bildirilir.
Məlumatlara görə, Turanın əvvəlki sevgililəri ilə yola getməyən ana Yüksel Turan da cütlüyün evlilik qərarına öz xeyir-duasını verib.
Cütlüyün bu yay nikah masasına əyləşəcəyi gözlənilir.