Paylaş

Dünyanın ən məşhur futbol portallarından olan goal.com İspaniya La Liqasında 2015/16 mövsümün ən uğursuz futbolçularından ibarət rəmzi komandasını elan edib.

Bu mövsüm özünü sübut edə bilməyən oyunçular arasında “Atletiko”dan “Barselona”ya transfer olunan Arda Turan da var.

Türk futbolçu ilə yanaşı siyahıda “Espanyol”un qapıçısı Pau Lopez, “Barselona”dan Aleks Vidal, “Valensiya”dan Aymen Abdennour, Andre Qomes, Neqredo, “Real”dan (Madrid) Danilo və İsko, Betis “Real”ından Van der Vaart, “Real Sosyedad”dan Karlos Vela və “Sevilya”dan Lorente yer alıb.

Qeyd edək ki, Arda “Barselona”ya bu mövsümün əvvəlində transfer olunub. Lakin FİFA tərəfindən kluba tədbiq edilən transfer cəzası səbəbindən o, yalnız yanvar ayından rəsmi matçlara çıxa bilib. Türk futbolçu “Barselona”da 24 oyunda 2 qol vurub və 3 qolun ötürməsini edib.

 Qol.az