Paylaş

“Barselona” futbol klubunun türk oyunçusu Arda Turan haqqında çıxan transfer xəbərləri ilə bağlı danışıb.

Son vaxtlar İspaniyada sərt tənqid olunan Arda mövsümün sonunda katalon klubundan ayrılaraq başqa komandaya keçəcəyi haqda deyilənlərə əsəbiləşib:

“Barselona”dakı gələcəyim haqda şübhəyə düşəndə uşaqlığımı yada salıram. Çünki “Barselona” mənim uşaqlıq xəyalım idi. Bu formanı geyinmək, İnyesta, Messi, Suarez və Neymarla dost olmaq çox gözəldir. Bu gözəlliyin məhv olmasına asanlıqla icazə verməyəcəyəm. Səbrli olacağam”.

Qeyd edək ki, A.Turan bu ilin yanvarından meydana çıxdığı klubda 23 oyun oynayıb, 2 qol vurub, 4 dəfə isə assistenlik edib.

Xatırladaq ki, Arda sevgilisi Aslıhanla toya hazırlaşır.

Axşam.az