Paylaş

Bəzən gözümüz kimi qoruduğumuz avtomobilimizin  təmiri və baxımı bizim öhdəmizə düşür. Bunun üçün isə təmir haqqında əvvəlcə məlumatlanmalı, avtomobilinizi və  hissələrini yaxşı öyrənməlisiniz. Bəs avtomobilinizdə özünüzün edə biləcəyiniz xırda təmir işləri və avtomobilə qulluq nələrdir?

  1. Avtomobilin əsas daşıyıcı hissəsi olan təkərlər birdən partlayıb, yolda qalmağınıza səbəb ola bilər. Hər bir təkərin istifadə müddəti bitmədən öncə rezinlərin dəyişməsi təhlükəsiz yol qət etmək üçün önəmlidir. Həmçinin qış mövsümündə xüsusi qış rezinlərinin istifadəsi də vacibdir.
  2. Avtomobilinizin akkumulyatorunun boşalması və ya cərəyan ötürməməsi avtomobilinizin işləməməsinə səbəb ola bilir. Həmçinin avtomobilinizin akkumulyatorunu sürtkü  yağı ilə təmizləyə bilərsiniz. Ancaq əvvəlcə yağı necə dəyişmək  mövzusunda da məlumata sahib olub, davamlı nəzarət etməlisiniz. Avtomobilinizi soyutmaq üçün mayeni davamlı şəkildə özünüz dəyişə bilərsiniz. Ancaq bunu edən zaman mayeni heç bir yerə dağıtmadan ayrıca qaba boşaltmaq lazımdır, çünki maye toksikdən ibarətdir.
  3. Filtr dəyişmək də sizin özünüzün öhtənizdən gələ biləcəyiniz baxım üsuludur. Hər il dəyişməsi lazım olan hava filtirinin təmiz olmaması avtomobilinizə zərər verə, performansını aşağı sala bilər. Soyuq havalarda avtomobilnizin səs boğucusu  tutula bilər. Bunun üçün buz əridən vasitələrdən istifadə edə bilərsiniz.