Paylaş
Portrait of smiling senior man using laptop on porch

Tibb alimləri dünyanın  yaşlanma əleyhinə ilk dərmanını ərsəyə gətirib.

Qocalmanın qarşısını alan həb,  istifadəçilərinin ömrünü 120 ilədək uzada bilər. Bunun sadəcə bir ehtimal olmadığını deyən və dərmanın işə yarayacağından çox əmin olan  elm xadimləri, eyni vasitə ilə Alzaymer və Parkinson xəstəliklərini müalicə edəcəklərini də diqqətə çatdırıb.

Söhbət əslində elmə çoxdan  məlum olan Metformin dərmanından gedir. Böyük Britaniyalı alimlər bu dərmanın tərkibindəki bəzi maddələrin  yaşlanmanın qarşısını aldığını üzə çıxarıb. Həmin maddədən hazırlanan yeni preparatın dünya miqyasında satışı isə azı bir il gecikəcək. Buna səbəb,  beynəlxalq qida və dərman administrasiyasının həmin tibbi vasitə ilə bağlı bəzi şübhələrinin olmasıdır. Odur ki,  ömrü 120 ilədək uzadan dərman qarşıdan gələn aylarda bir insan üzərində sınaqdan keçiriləcək.

20 il əvvəl yaşlanmanın elm üçün Bioloji sirr olduğuna diqqət çəkən alimlər, indi sözügedən prosesin əslində nədən ibarət olduğunu aydın başa düşdüklərini irəli sürüb. Yaşlanmanın səbəblərini və necə inkişaf etdiyini bildiklərinə görə, onu dayandırmağın yolunu da tapdıqlarını iddia edən alimlərin nə dərəcədə doğru dediyi tezliklə məlum olacaq. O ki qaldı,  yaşlanmanın qarşısını alan Metformin dərmanına, onunun istehsalı olduqca ucuz başa gəlir. Ən yoxsul insan belə, maya dəyəri bir neçə qəpik olan bu dərmandan qəbul etməyə imkan tapacaq. Həmin dərman insan bədənindəki hüceyrələrdə oksigenin miqdarını bir neçə dəfə artıra bilir. Bu isə həmin hüceyrənin sağlamlığını və uzunömürlülüyünü artırır. Bu dərmanın heyvanlar üzərində aparılan sınaqları maksimum nəticə verib. Siçanların ömrünü 40 faiz artıran, hətta sümüklərin də möhkəmləndirən ucuz dərman tibdə yeni inqilaba səbəb ola bilər. (Atv.az)