Paylaş

İngiltərədə yaşayan Peter Rolf 15 fərqli qadından 26 uşaq sahibidir. Peter Rolfun sözlərinə görə, o sonuncu dəfə hansı qadınla evləndiyini də xatırlamır.
“Daily Mail”in verdiyi məlumata görə, Peter Rolf bu vəziyyətdən narazıdır. O, uzun müddət heç bir yerdə işləmədən uşaqlarını böyüdüb. “İnsanlar elə bilirlər ki, mən xoşbəxt yaşayıram, amma, bu heç də belə deyil. Uşaqlarımı böyütmək üçün nə lazımdırsa, edirəm. Nəticədə isə həftə sonuna xərcləməyə pulum ya qalır, ya yox”.
14 qızı, 12 oğlu olan Peter Rolf deyir ki, insanlar onun 6 dəfə evli olduğunu düşünürlər, amma o yalnız 3-4 dəfə evli olub. Peter etiraf edir ki, o hətta bəzi uşaqlarının anasının kim olduğunu özü belə bilmir.Qəhrəman ata uşaqlarının üzünü yaddaşına həkk etmək üçün uzun müddət çalışdığını qeyd edir.
Peter Rolfun ailə vəziyyəti nəzərə alınaraq ona 5 otaqlı ev bağışlanıb. O hal-hazırda 2 nəvəsi və 7 uşağı ilə birlikdə yaşayır.
peter pan family

Peter_Rolfe_large_family_