Paylaş

Çempionlar Liqasında  1/8 final mərhələsinin ilk oyunlarına bügün “Atletiko Madrid” – “PSV” və “Dinamo Kiyev” – “Mançester Siti” qarşılaşmaları ilə yekun vurulacaq.

Oyunların gözlənilən nəticələri ilə bağlı idman şərhçisi Sənan Şəfizadə öz fikirlərini GSR.fm-lə bölüşüb:

“Dinamo Kiyev” və “Mançester Siti” görüşündə praqnozlar ingilislərin leyhinədir. “Dinamo” hər zaman yaxşı oyunla fərqlənsə də, bugün “Mançester Siti”yə qarşı yüksək şansı olduğunu düşünmürəm. “Mançester Siti” bu oyuna rahat və yorğun olmayan futbolçularla çıxacaq və Ukraynada belə heyətə malik komanda qalib gəlməyə çətinlik çəkməyəcək.

“PSV” – “Atletiko Madrid” görüşündə şanslar bərabər dəyərləndirilir. “Atletiko” son aylarda daxili çempionatda daha yaxşı nəticələrə malikdir. “PSV”ni isə çox vaxt “ev komandası” adlandırırlar, yəni doğma meydanda daha yaxşı nəticə göstərirlər. Fikrimcə, “Atletiko Madrid” Hollandiyada məğlub olmayacaq”.