Paylaş

Dünən başlanmış 86-cı Cenevrə avtosalonu təqdimatlarla doludur – yeni və ən balaca krossover “Audi Q2” ilə tanış olun. Balaca “Q”-nun əsasında məşhur MQB dayanır, qabaritlər belədir: uzunluğu 4,19 m, eni 1,79 m, hündürlüyü 1,51 m, təkər bazası 2,6 m. Sərnişinlərlə yanaşı, “Q2” 405 litr, arxa oturacaqlar yığıldıqda isə 1050 litr baqaj götürə bilir.

audi2

Yeri gəlmişkən, salon barədə danışaq – opsiyalar siyahısında tam rəqəmsal cihazlar paneli, “Apple CarPlay” və “Android Auto”-nu dəstəkləyən MMI multimediya sistemi və 14 dinamikli “Bang & Olufsen” audiosistem daxildir. Bundan əlavə, model bir sıra nəzarət sistemi (kor zonalar, hərəkət zolağı və s.) və avtoparketmə sisteminə malikdir.

audi3

Başlanğıc versiyalarda kross qabaq ötürücü ilə təchiz ediləcək, mühərrik qammasına isə 1,0-2,0-litrlik benzin, 1,6-2,0-litrlik (116-190 a.g.) dizel turbo mühərrikləri daxildir. Sürət qutusu 6 pilləli mexaniki və ya robot “S tronic”-dir. Tam ötürücü (5-ci nəsil “Haldex” muftası ilə) yalnız böyük mühərrikli versiyalarda mümkündür. Çılğın sürücülərə idman asması da təklif ediləcək.

audi4

Kross Avropada yayda satışa çıxarılacaq.

Auto.az