Paylaş

Futbol üzrə Avropa çempionatının tarixinə baxdıqda bir neçə sensasiyalı nəticəni xatırlaya bilərik. Gözlənilməz komandaların turnirdə yükslişi və ya böyük komandaların elə ilk turlardaca çökdükləri yaddaşlardakı yerini qoruyur.

Kishi.az Apasport.az-a istinadən bu vaxta  qədərki çempionatlarda əldə olunan sürpriz zəfərlərdən bir neçəsini təqdim edir.

1. AÇ-1988. Qrup mərhələsi. İngiltərə – İrlandiya – 0:1

57540e7203fe9de152000001

İngiltərənin aşkar favorit olaraq çıxdığı qrup oyununda İrlandiyaya məğlub olması turnirin ən böyük gözlənilməzliyi kimi yadda qalıb.

Heyətində Hari Lineker, Brayan Robson və Con Barnes kimi uludzlar olan ingilislər mütəvazi rəqibinə məğlub olaraq böyük şok yaşayıb.

2. AÇ-1992. Qrup mərhələsi. İsveç – İngiltərə – 2:1

SOLNA, SWEDEN - JUNE 17: Alan Smith (L) of England challenges Jan Eriksson of Sweden during the UEFA European Championships 1992 Group 1 match between Sweden and England held at the Rasunda Stadion on June 17, 1992 in Solna, Sweden. (Photo by Simon Bruty/Allsport/Getty Images)

4 il sonra başqa bir qitə birinciliyində sürprizin bir tərəfində yenə İngiltərə var idi. Bu dəfə qruplarda xəyal qırıqlığı yaşayan ingilislər qrupda da İsveçə məğlub olaraq hər kəsin təəccübünə səbəb olub.

Oyunun ilk dəqiqələrindən önə keçmələrinə baxmayaraq, adalılar sonradan İsveçin əzmkar qələbəsinə əngəl ola bilməyiblər.

3. AÇ-1992. Final. Almaniya – Danimarka – 0:2

UEFA Euro '92 FINAL - Denmark v Germany

Alışdığımız kimi daha bir turnirin finalında Almaniya var idi. Rəqib isə “panzer”lərə baxanda çox mütəvazi heyəti ilə böyük iş görən Danimarka idi.

Final oyunu olduğunu və hədəfdə kubok olduğunu da düşünəndə aşkar favorit əlbəttə ki, Almaniya idi. Ancaq favoritlər həmişə qalib olmurlar. Final matçında qapıçı Peter Şmeyxelin əla oyunu və Vilfortla Yensenin qolları Danimarkanı çempion edib.

4. AÇ-1996. Qrup mərhələsi. Çexiya – İtaliya – 2:1

Czech Republic v Italy

İtaliyanın dünya futbolunda söz sahibi olduğu illərdə gözlənilməz nəticələrdən birinə də 1996-cı il Avropa birinciliyinin qrup mərhələsində şahid olmuşduq.

Müdafiədə Maldini və Kostakurta tandemi, yarımmüdafiədə Albertini, irəlidə Zola kimi hücumçusu olan bir heyətlə hər oyunun favoriti olan “skuadra-azzura” Çexiya qarşısında da qələbəyə əsas namizəd idi.

Ancaq matçın böyük bir hissəsini 10 nəfərlə keçirən İtaliya yekunda 1:2 hesabı ilə məğlub olaraq azarkeşlərini məyus edib.

5. AÇ-2004. Qrup mərhələsi. Latviya – Almaniya – 0:0

5754137031d6155f8a000001

Tarixi boyunca qatıldığı turnirlərdə zəif halqa olan Latviya millisinin hər çempionatın favoritlərindən olan Almaniyadan xal alması hətta bu komandanın ən nikbin azarkeşlərinin də gözləmədiyi bir şey idi.

Oyunboyu “dişi və dırnağı” ilə mübarizə aparan latışlar sonunda qolsuz bərabərliyə nail olmuşdu. Almaniya isə yekunda cəmi 2 xal toplayaraq böyük şok yaşayıb.

6. AÇ-2004. Final. Portuqaliya – Yunanıstan – 0:1

Greek defender Nicos Dabizas (R) heads the ball next to Greek forward Zisis Vryzas (down R) and Portuguese forward Cristiano Ronaldo, 04 July 2004 at the Luz stadium in Lisbon, during the Euro 2004 final match between Portugal and Greece at the European Nations football championship in Portugal. AFP PHOTO Franck FIFE / AFP / FRANCK FIFE (Photo credit should read FRANCK FIFE/AFP/Getty Images)

AVRO-2004 anti-futbolun kitabını yazan Yunanıstan demək olar ki, meydanın yarısını belə keçmədən tamamladığı turniri sürpriz bir şəkildə çempionluqla bitirib.

Kristiano Ronaldo, Deko, Fiqu, Ruy Koşta kimi ulduzları ilə finala çıxan Portuqaliya həlledici matçın əsas favoriti idi. Portuqallar tək qapı oynadığı oyunda Yunanıstan divarını aşa bilməyib, yunanlar isə Xaristeasın yeganə qolu ilə çempionluğu bayram edib.