Paylaş

Bu ilin yanvar ayı ərzində Azərbaycana 437 ədəd avtomobil idxal olunub. Ötən ilin eyni ayı ilə müqayisədə 3 653 avtomobil və 9,36 dəfə azdır.

Əmlak eksperti Ramil Osmanlı bildirib ki, ümumiyyətlə yanvar və fevral ayları avtomobil bazarında ən passiv aylar kimi dəyərləndirilir:

“2014-cü ildə Azərbaycana ən çox avtomobil idxal olunub, 100 mini ötüb say. Daha sonra isə idxalın azalması prosesi başlandı. Buna səbəb Mərkəzi Bankın avtomobillərə kredit verilməsi ilə bağlı müvafiq qərarı oldu, limit müəyyənləşdirildi. Yeni avtomobilə maksimum dəyərin 50%-i, köhnə avtomobillərə 20%-i həcmində kredit müəyyənləşdi. Kommersiya bankların əksəriyyəti avtomobillərə kredit ayrılmasını dayandırdı. Həm də 2014-cü ilin sonlarından başlayaraq, neftin qıiymətinin kəskin azalması, ölkə daxilində əhalinin gəlirlərinin, əmək haqqlarının azlaması və sair səbəblər alıcılıq qabiliyətinə təsir göstərdi. Devalivasiya maliyə bazarındakı problemləri ortaya çıxardı. Azərbaycana avtomobil idxal edənlər sata biləcəkləri qədər avtomobil gətirirlər. Nəticə artıq göz qabağındadır. Kəskin azalma var”.

GSR.fm