Paylaş

Avtomobilinizlə maraqlanmağı sevənlərdənsiniz mi?  Elə isə avtomobil oturacağının təmizliyi ilə bağlı qeyd etdiyimiz  bu tövsiyələr sizə görədir.

Avtomobilin oturacağını təmizləmək evinizdəki divanı təmizləməkdən çox da fərqli deyil. Avtomobil oturacağını təmizləyərkən çox islatmadan təmizləməyə çalışın. Bilirsiniz, avtomobil kreslolarını qurutmaq evinizdəki divanları qurutmaqdan çox zəhmətlidir.  Buna görə avtomobil oturacağını təmizliyi üçün yaş bir bez yerinə nəmli bir bez seçin.

Lazım olan vəsaitlər:

  • Elektrik süpürgəsi
  • İki ədəd vedrə
  • Yuyucu tozu və ya oturacaq təmizləyicisi
  • Dəri parça üçün krem
  • Süngər
  • Dəsmal
  • Bez

Necə təmizləməli?

  • Əvvəlcə oturacaqları tozsoran ilə təmizləyin.
  • Sonra bir vedrəyə soyuq, digərinə isə isti su tökün.
  • İçində isti su olan vedrənin içinə təmizləyici vasitə  əlavə edin. Seçdiyiniz məhsulun etiketini oxuyun və istifadə təlimatlarını izleyin.
  • Süngəri isti suya batırın və avtomobilinizin oturacaqlarını təmizləyin.  Amma çalışın ki, oturacaqları çox islatmayasınız.
  • Soyuq su olan vedrəyə isə təmiz parçanı batırın və oturacaqlarınızı üzərindən yuyucu tozu təmizlənədək slin.
  • Əgər istədiyiniz nəticəni əldə etməsəniz bu prosesi yenidən təkrarlayın.

Dəri oturacaqlar necə təmizlənir?

Dəri  oturacaqlarınızı diqqətlə təmizləməlisiniz. Bunun üçün xüsusi təmizlik  vasitəsindən  istifadə etməlisiniz. Bu oturacaqları tez-tez tozsoran ilə təmizləyin. Beləliklə, çirklərin yığılmasının qarşısını almış olarsınız.

  • Avtomobilin içini tozsoran  ilə təmizləyin.
  • Təmizlədikdən sonra təmizləyicini istifadə təlimatında              yazıldığı qədər oturacaqların üzərinə tökün.
  • Bezlə oturacaqları təmizləyin.
  • Sonda isə oturacaqların qorumasını gözləyin.