Paylaş
Avtomobilin müəyyən hissələrində nasazlıq varsa, istismarına qadağa qoyulur. Bu cür maşını sürənləri də cərimə gözləyir. Ancaq əksər sürücülər avtomobilin istismarına qoyulan qadağalardan xəbərsizdirlər. Belə olduqda da avtomobilin saz olub-olmamasından asılı olmayaraq yollarda hərəkətə davam edirlər. Nəticəsi isə bir çox hallarda qayda pozuntuları və qəzalarla yadda qalır.

Əslində isə “Yol hərəkət haqqında” qanunda nəqliyyat vasitəsinin istismarına yol verilməyən nasazlıqların siyahası müəyyən edilib. Burada sükan idarəetmə mexanizmi, əyləc sistemləri, şüşələrin və təkərlərin vəziyyəti, şüşəsilər, təhlükəsizlik kəməri və digər məsələlər öz əksini tapıb. Qaydada bütün bunların müəyyən olunmuş standartları var.

Bununla yanaşı, avtomobilin mühərrik, əyləc sistemində və təkərlərində poroblem olarsa, mühhərrikin səsi və tullantı qazlarının miqdarı nəzərdə tutulandan artıq olarsa, o zaman həmin avtomobilin istismarına qadağa qoyulur. Yəni, belə avtomobilin sürücüsü yol polisi tərəfindən saxlandıqda müəyyən miqdarda cərimə olunacaq.

Avtosfer.az