Paylaş

Kimyəvi təmizləmə ustası Qoşqar Həsənov Kishi.az-a avtomobillərin təmizlənməsi ilə bağlı bir neçə tövsiyələrini bildirdi:

“Kimyəvi təmizləməyə ildə iki dəfə getmək tövsiyə olunur. Qış, yaz fəslinə girəndə unutmayın ki, sizin avtomobiliniz mikrob mənbəyidi. Bunu isə siz özünüz yaradırsınız. Bizə ən çox çirkli avtomobillərdə döşəmənin çox çirkli olması, tavanın çox qaralıb hiss bağlamasıyla müraciətlər olunur. Avtomobilinzdə siqaret çəkilməsini qadağan edin, çünki o avtomobildə siz nəfəs alırsınız, nəinki siz, hətta övladınız, siqaret çəkməsə də onlar artıq çəkən sərnişinin sayəsində o pis qoxulu havanı udmalı olur. Unutmayın, sizin avtomobiliniz virus mikrob mənbəyidi. Döşəməni mütəmədi olaraq təmiz saxlayın. Övladınzın əlindən düşən hər hansısa qidanı, əşyanı imkan verməyin ki, təkrar götürüb oynasın ya yesin. Siz o əşyanı tam təmizləyin”.