Paylaş

Nazirlər Kabineti “Nəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir sahələri haqqında Nümunəvi Əsasnamə”də dəyişiklik edib.

Bu barədə Kishi.az-a müsahibə verən nəqliyyat eksperti Ərşad Hüseynov bildirib ki, avtotəmir sahəsinə aid standartlar hələ təstiq edilməyib:

“Avtotəmir sahəsində 3 məsələ ilə bağlı standart var. Həm texnoloji avadanlıqlar, yəni alətlər, qurğular, dəzgahlar, həm texniki təmir sahəsinin özünün texniki vəziyyəti, sanitar gigiyenik vəziyyəti, orada işlərin görülməsi üçün şəraitinin olması, həm də texnoloji proseslərdir. Yəni hər işin görülmə qaydası və standartları var. Standartları hələ Azərbaycanda Standartlaşdırma Komitəsi təstiq etməyib. Bu, yeni ideyadır. Standartlar hazırlandıqdan sonra standartların nədən ibarət olacağı elan ediləcək. Bu zaman “avadanlıqlar necə olmalıdır?”, “texnoloji proseslər necə olmalıdır?”, “həmin məkan hansı tələblərə cavab verməlidir?” bəlli olacaq. Bundan sonra “işıqlanması necə olmalıdır?, “yağın təhlükəsizliyi necə olmalıdır?”, “sanitar-gigiyenik tələblər necə olmalıdır?” deyiləcək. Hələ ki, belə bir şey yoxdur. Yoxlamalar Nəqliyyat Nazirliyinin səlahiyyətinə aiddir. Qaydalar müəyyən olunandan sonra nəzarətin aparılma qaydası da bilinəcək. Konkret istehlakçının şikayəti əsasında mı, yoxsa onlara hansısa mexanizm olacaq ki, getsinlər yoxlatdırsınlar, bu dəqiq deyil”.