Paylaş

“Ayaq qoxusunun yaranma səbəbi budur: tər ifraz olunur və dəri üzərindəki bakteriyalar, göbələklərin artıb, çoxalması mikroorqanizmlə yəni, mikrobun tərlə qarışması nəticəsində pis qoxu əmələ gətirir”.

Bu fikirləri Kishi.az-a derma-kosmetoloq Jalə Həsənova bildirib. O ayaq qoxusunun qarşısının alınmasından danışıb:

“Ayaq qoxusunun qarşısını tamamilə almaq mümkün deyil. Bunun qarşısını müəyyən qədər almaq üçün gün ərzində ayağa iki dəfə bitki tərkibli vanna edə bilərlər. Ayaq üçün olan xüsusi antiperspirantlardan da istifadə edə bilərlər. Bundan əlavə ayaqqabıları təbii dəridən seçməlidirlər. Ayaq tərinin tamamilə aradan qaldırılması üçün ayağın xüsusi nöqtələrinə botoks vurulur. 6-8 ay müddətində ayaqdan tər ifaraz olunmur. Yəni, tərin müvəqqəti qarşısını almaq olur. Yay ayları ərzində daha çox rastlaşdığım problem budur. Gördüyüm işlərin 80-90%-i bu təşkil edir”.

Derma-kosmetoloq həmçinin bildirib ki, ayaq qoxusunun qarşısını ev şəraitində hazırlanan xüsusi bir üsulla almaq mümükün deyil:

“Ev şəraitində xanımlarımıza və bəylərimizə məsləhət görərdim ki, mütəmadi olaraq gündə iki dəfə səhər-axşam ayaqlarını yusunlar. Hər yuyulmadan sonra barmaq arası daxil dəri qurulanır, xüsusi antiperspirant qoltuq altı üçün nəzərdə tutulan, xüsusi ayaq üçün antiperspirant olur, onu vurmaq lazımdır.”.