Paylaş

Bu gün Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində ilk oyununa çıxıb.

Kişi Magazine  xəbər verir ki, yığma  komanda səfərdə San Marino ilə üz-üzə gəlib. Bu, Azərbaycan komandasının 2016-cı ildəki ilk rəsmi görüşüdür.

Azərbaycan millisi 1:0 hesabı ilə qələbə qazanıb. San Marino ilə görüş Ramil Şeydayev və Emin Mahmudovun yığma komandadakı ilk rəsmi görüşü kimi yadda qalıb.