Paylaş

Bu ilin yanvar ayı ərzində Azərbaycana idxal olunan 437 ədəd avtomobil,  2015-ci ilin yanvar ayı ilə müqayisədə 9,36 dəfə azdır.

İdxalın azalması şəraitində Azərbaycan avtomobil zavodlarının istehsalına təlabat barədə danışan əmlak eksperti Ramil Osmanlı  bildirib ki, hazırda istehsalat azdır:

“Azərbaycanda yeganə zavod Naxçıvan avtomobil zavodudur ki, minik avtomobilləri istehsal edir. Onların illik istehsal gücü Azərbaycanın mövcud avtomobil parkının cuzi hissəsini təşkil edir. Azərbaycana idxal olunan maşınlarla müqayisədə isə heç 1% belə deyil. Həm detallar xaricdən gətirilir deyə, buna tam istehsal da deyə bilmərik. Gəncə avtomobil zavodunda isə sosial təyinatlı və kənd təsərüfatında istifadə olunan avtomobillər istehsal olunur. Orada da avtomobil hissələri xaricdən gətirilir və zavodda yığılır. Bu avtomobillərin sayı da çox azdır”.

GSR.fm