Paylaş

Dünyada 2000-ci ildən bu günə orta ömür uzunluğu 5 il artıb və ötən il doğulan uşaqlar üçün 71 ilə çatıb.

Bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Dujarrik Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yeni hesabatına əsasən deyib. Hesabata görə, dünyanın ən uzunömürlü insanları Yaponiya və İsveçrədə, Syerra-Leonda isə qısaömürlü insanlar yaşayırlar.

“ÜST bu gün bəyan edib ki, 2000-ci ildən bəri orta ömür uzunluğu 5 il artıb. Bu, 1960-cı ildən indiyədək müşahidə olunan ən kəskin artımdır”, – deyə Dujarrik bildirib. Onun sözlərinə görə, qlobal göstəricilərə əsasən belə qənaətə gəlmək olar ki, 2015-ci ildə doğulanların orta ömür uzunluğu 71,4 yaş təşkil edir. Qız 74 il, oğlan isə 69 il yaşaya bilər. Eyni zamanda ÜST ekspertləri insanın hansı ölkədə doğulmasının da ciddi amil olduğunu nəzər çatdırırlar.

“Orta ömür uzunluğu 86 il təşkil edən yapon qadınları dünyanın ən çox yaşayanları adına iddia edə bilərlər, İsveçrədə isə kişilər 81 il yaşamaqla ən uzunömürlü güclü cins nümayəndələri hesab edilirlər. Syerra-Leonda isə hər iki cinsin nümayəndələri dünyanın ən az yaşayan insanlarıdır: qadınlar – 50 il, kişilər -49 il”.

“Səhiyyə sahəsində dünya statistikası” adlandırılan hesabatda ÜST mütəxəssisləri qeyd edirlər ki, son 5 ildə qeydə alınan artım 1990-cı ildə Afrikada QİÇS epidemiyası və SSRİ-nin dağılması ilə orta ömür uzunluğunun azalması üzrə neqativ tendesiyanın qarşını alıb.

Son illər ən nəzərəçapran inkişaf Afrikada qeydə alınıb – burada orta ömür uzunluğu 9,4 il artaraq hazırda ortlama 60 il təşkil edir. İlk növbədə bu malyariya ilə mübarizə proqramları və HİV virusunun profilaktikası və müalicəsi proqramları sayəsində mümkün olub.

ÜST-ün məlumatına görə, Azərbaycanda daha çox kişilər yaşayır – ortalamada 70 il. Rusiyada isə bu göstərici qadınlarda 76 il, kişilərdə 65 il təşkil edir. 1-2 il fərqlə eyni göstəricilər Belarus və Ukraynada qeydə alınır.

Orta ömür uzunluğunu əks etdirən qrafik

Anspress.com