Paylaş

Bu gün Bakı-2015 Avropa Oyunlarında sərbəst güləşçilərin mübarizəsi davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün 4 çəki dərəcəsinin qalibləri bəlli olacaq.

65 kq çəkidə Azərbaycanın Olimpiya çempionu Toğrul Əsgərov ilk mərhələdən yarışa start verib. O, 1/8 finala yüksəlmək üçün rusiyalı İlyas Bekbulatovla üz-üzə gəlib və 8:7 hesabı ilə qalib gəlib. 1/8 finalda moldovalı Mixail Sava ilə görüşüb və onu 10:0. udub.

O, 1/4 finalda fransalı Maksim Fique ilə güləşərək onu da eyni hesabla məğlub edib və növbəti mərhələyə adlayıb.

74 kq çəkidə ikiqat Avropa çempionu Cəbrayıl Həsənov 1/8 finalda Mihali Haqi (Macarıstan) ilə güləşərək 10:0 hesablı qələbə qazanıb. 1/4 finalda türkiyəli Soner Dəmirtaşa 3:5 hesabı ilə uduzub.

97 kq çəkidə Avropa və dünya çempionu Xetaq Qazyumovun Radoslav Baranla (Polşa) qüvvəsini sınayıb və qalib gəlib (10:0). Qazyumov 1/8 finalda moldovalı Nikolay Çebanı 4:0 hesabı ilə udaraq, yarımfinala gedən yolda belaruslu İbrahim Saidovla qarşılaşıb. Azərbaycan təmsilçisi 2:1 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.

Qeyd edək ki, 57 kq çəkidə Azərbaycanı təmsil edən Yaşar Əliyev 1/4 final qarşılaşmasında erməni rəqibi Qarik Barsekyanı məğlub edib – 10:6. Təmsilçimiz yarımfinalda Viktor Lebedovla (Rusiya) münasibətlətinə aydınlıq gətirəcək.