Paylaş

Bakı şəhər halqasında GP2 seriyası üzrə birinci yarışa start verilib.

Kishi.az AzVision.az-a istinadən xəbər verir ki, yarışın ilk döngəsində qəza baş verib. Qəza nəticəsində 6 pilotun bolidi toqquşub və nəticədə pilotlar mübarizədən kənarlaşmalı olublar.

Məlumata əsasən qəzaya görə yarışdan kənarlaşan pilotlar bunlardır: Filo Pas Armand (“Trident”) Marvin Kirkqover (“Karlin”) Pyer Qasli (“Prema Racing”) Serxio Kanamasas (“Karlin”) Aleks Linn (DAMS) Nikolya Latifi (DAMS)

Xatırladaq ki, GP 2 seriyası üzrə ilk yarış 65 dəqiqə və ya 170 kilometr təşkil edir. GP2 seriyası üzrə birinci yarışın nəticələrinə əsasən, sürücülər 25, 18, 15, 12, 10, 8, 6, 4, 2 və 1 xal qazanacaqlar. Qeyd edək ki, GP2 seriyası iki yarışdan ibarətdir. GP 2 seriyası üzrə ikinci yarış isə 1 saat çəkəcək və iyunun 19-u bakı vaxtı ilə saat 14:00-da başlayacaq.

formula1_Baku_grand_prix_crash_azvision (1)

formula1_Baku_grand_prix_crash_azvision (5)