Paylaş

Bu gün Bakıda “Formula-1” üzrə dünya çempionatının səkkizinci – Avropa Qran-pri yarışlarına start verildi.

GP2 seriyası üzrə birinci test yarışı artıq başa çatıb. Test yürüşünün nəticələri bəlli olub.

“Racing Engineering” komandasının fransalı pilotu Norman Nato test yürüşündə birinci olub. “Prema Racing”in sürücüsü italiyalı Antonio Covinatsi ikinci, “Art Grand Prix”in rusiyalı pilotu Sergey Sirotkin isə üçüncü yeri tutublar.