Paylaş

Bu həftə sonu  Bakının canına düşüb turistlər üçün maraqlı olan, eləcə də Bakı sakinlərinin sevdiyi yerlərdən fotolar hazırladım. Görək Bakıda turistləri təəccübləndirəcək hansı yerlər var?

Bakını gəzməyə İçərişəhərdən başlayıram.  İstirahət günü olduğundan şəhər sakinləri və turistlərin demək olar ki, əksəriyyəti İçərişəhərdədir. Turistlər arasında iraqlılar, iranlılar və türkiyəlilər çoxluq təşkil edir. Məqsədim Bakının gəzməli yerlərini göstərmək olduğuna görə turistlərin İçərişəhərdə ilk baş çəkdiyi yerlərdən olan Qız qalasına qalxıram.

secilmis_4

Burada siz həm qədim eksponatlarla tanış ola, həm də Bakını daha yüksəkdən seyr edə bilərsiniz.

qizqalasi3

İçərişəhərdə bazar meydanı və mətbəxində  milli yeməklərlə zəngin olan restoranlar da turistlərin sıxlıq təşkil etdiyi məkanlardan hesab edilir.

icerisheher_2

icerisheher_1

secilmis_8

secilmis_6

secilmis_2

qizqlasi_2

Əgər İçərişəhəri gəzib yaşıllıqda dincəlmək qərarına gəlsəniz Bakının “yaşıl ada”sı adlandırılan “Filarmoniya bağı”na düşə bilərsiniz.

secilmis_9

secilmis_11

Şəhərin digər görməli yerlərindən biri isə  1960-ci ildən istifadəyə verilmiş Venesiyanı xatırladan “Kiçik Venesiya şəhərciyi”dir. Bura 2012-ci ildə yenidən qurularaq  sakinlərin ixtiyarına verilib.

venesiya_2

venesiya_4

Şəhərcik istiqamətində bir qədər getdikdən sonra siz Yeni Bulvara düşə, oradan da Bayraq meydanına tərəf gedərək dünyanın ən hündür dirəkli Azərbaycan bayrağını daha yaxından izləmək şansı qazanacaqsınız.

sahil_3

bayraqmeydani_1

bayraqmeydani_2

Əgər Bakını ən yüksəkdən seyr etmək istəyirsinizsə, Dağüstü parka mütləq qalxın. Dağüstü parka həm pilləkənlərlə, həm də funikulyorla qalxmaq imkanınız var. Buradan həm Bakını seyr etmək, həm Şəhidlər Xiyabanını və “Türkiyə Dəyanət Vəqfi” tərəfindən tikilən “Şəhidlik”məscidini ziyarət etmək mümkündür.

dagustu_1

dagustu_3

dagustu_4

dagustu_5

Daha sonra gəzinti üçün turistlərlə dolu olan Fəvvarələr meydanını seçirəm. Buranın axşamları da bir  başqa gözəl görünür.

tarqovu_1

tarqovu_3

tarqovu_2

Bakıda sizə maraqlı gələcək daha bir məkan isə layihəsi tanınmış memar Zaha Hadid tərfindən işlənən Heydər Əliyev Mərkəzidir. Bura həmçinin müasir Bakının simvolu hesab edilir. Bu məkan özündə iri konqres zalı, Heydər Əliyev Muzeyi, sərgi salonları, adminstrativ ofisləri birləşdirir. Mərkəzin həyəti futbol oynayan, çəmənlikdə uzanan, şəkil çəkdirənlərlə doludur.

merkez_4

merkez_2

Gördüyünüz bu fotolar isə XVII əsrdə atəşpərəst hindli tacirlər – parslar tərəfindən Bakının yaxınlığındakı Suraxanı kəndində inşa edilən “Atəşgah” məbədindəndir. Buranın “Atəşgah” adlanmasının səbəbi isə isə o dövrdə gəlmə parslar Bakı yaxınlığında təbii qaz sızan yerdə sönməyən alovu görüb həmin alov üzərində məbəd tikməyi qərara almasıdır. Beləliklə, bura “Atəşgah” (“Od yeri”) adlanır. Zaman-zaman bura Zərdüştlüyün ibadətgahı və eyni zamanda hindlilərin ziyarətgahına çevrilir. Məbəddə o dövrə aid olan eksponatlar və mumdan hazırlanan heykəllər məbədi daha da mistikləşdirir. Bələdçinin sözlərinə görə buranı  ən çox ziyarət edən tursitlər İraqdan olur.

suraxani_2

suraxani_5

“Atəşgah”ı  Mendeleyev, Vereşşaqin, Düma  və bir çox səyyahlar ziyarət ediblər.

suraxani_6

suraxani_3

suraxani_1

“Atəşgah”ın bütün hücrələrini gəzə bildim. Sönməyən alovun əhatəsində olan divarın üstündəki işarənin nasistlərin simvoluna bənzəməsi diqqətimi çəkir. Öyrənirəm ki, həmin işarə nasistlərin simvoluna çox bənzəsə , amma bu onun əksidir. Nasistlərdə bu simvolun mənası “ölüm”dürsə, atəşpərəslikdə bu,  “əbədiyyəti” ifadə edir.

suraxani_9

Bakıda turistlər üçün maraqlı olan daha bir məkan 2014-cü ildə tikilən,  Qafqazda ən böyük məscid olan Heydər məscidi kompleksidir. Kompleks adlanmasının əsas səbəbi məscidlə yanaşı həyətində gəzinti üçün böyük sahə, dəstəmazxana, hovuz və mərasim zalının olmasıdır. Əsasən, turistlər bu məscidi  gecə vaxtı ziyarət edirlər. Tursitlərlə yanaşı məscidin həyətində yerli sakinlər də istirahət edirlər.

mescid_4

mescid_3


Hazırladı: Kəmalə Rövşən