Paylaş

Bu gün bayramdır.  Demək olar ki, bütün ailə üzvləri bir yerdə olur. Bu günü ailəni bir süfrə arxasına yığmaq üçün dadlı yeməklər ən yaxşı vasitədir.
Bu dəfə Yeməkbazda izə ailəniz üçün  hazırlaya biləcəyiniz dadlı yemək resepti təqdim edirik:

Ballı toyuq qanadı

16 ədəd toyuq qanadı
2 xörək qaşığı ketçup
2 xörək qaşığı mayonez
2 xörək qaşığı bal
zövqə görə duz, istiot
çörək qırıntısı (suxariki) – irilərindən olsa daha yaxşı olar

Toyuq qanadlarının ucunu kəsib atın. İri bir qabda qanadlar, ketçup, mayonez, bal, duz və istiotu yaxşıca qarışdırın. Soyuducuda ən azı 4 saat saxlayın.
İri listin dibinə kalka kağızı sərin. Çörək qırıntılarını dayaz biz qaba qoyun.Qanadların hər tərəfini qırıntıya batırıb listə düzün.
200 C-lik sobada təxminən 40 dəqiqə ərzində və yaxud qanadlar bişib üstləri qızarana kimi bişirin.