Paylaş

Şüşə bankanın qapağını açmaq üçün əlinizə alıb qapağını çevirirsiniz, amma qapaq heç cür açılmır. Bu hamımızın qarşılaşdığı əsəb pozucu vəziyyətdir. Heç cür açılmaq istəməyən bu qapaqları güc istifadə edərək açmağa çalışırıq.

Amma həyatda təkcə ölümə çarə yoxdur deyirlər. Odur ki, aşağıda qeyd etdiyimiz üsullardan istifadə edərək şüşə bankalarını aça biləcəksiniz.

Kishi Magazine həmin üsulları təqdim edir:

  1. Rezin qabyuyan əlcəyi əlinizə taxaraq və ya streç lent ilə tutaraq qapağı açmağı yoxlayın. Beləcə qapağı əlinizdən sürüşmədən asanca tutursunuz və qapaq açılır.
  2. Daha çətin vəziyyətlərdə isə taxta  qaşıqla qapağın kənarlarına vurun ya da bankanı tərs çevirib qapağını mətbəx şkafına vuraraq açmağı yoxlayın.
  3. Bir kasaya bir az isti su qoyun, bankanı tərs çevirib qapağı 30 saniyə suda saxlayın. Metal şüşədən daha sürətli genişlənəcəyi  üçün qapaq asanca açılacaq. Qapaq isti olacağı üçün bir dəsmal ilə tutaraq açmağı yoxlayın.

Əziz kişilər, bu üsullardan biri mütləq sizin işinizə yarayacaq. Bu üsullardan istifadə edərək xanımların  son çarə olaraq sizə gətirdiyi bankaları rahatlıqla açıb, onların gözündə bir daha qəhrəma ola biləcəksiniz.

Əlavə qeyd: Mürəbbə, bal, bəkməz kimi şəkərli qidalar qapağa yapışa bilərlər. Sonra qapağı açanda problem yaşamamağınız üçün qapağı açdıqdan sonra streç lentlə bankanın üstünü bağlaya bilərsiniz.