Paylaş

Çempionlar Liqasında  1/8 final mərhələsinin ilk oyunları çərçivəsində “Arsenal” -“Barselona”ya 0-2 hesabı ilə məğlub oldu. “Yuventus” isə “Bavariya”yla 2-2 hesablı barəbərliyə qalıb.

Keçirilən görüşlərlə bağlı öz fikirlərini idman şərhçisi Sənan Şəfizadə bölüşüb. O, müsahibəsində bildirib ki, “Arsenal”-“Barselona” oyununun nəticəsi gözəlnilən olub:

“Kataloniyalılar nəinki bu matçın, “Çempionlar Liqası”nda cari mövsümün favorit komandasıdır.  Hazırda Avropada “Barselona”nı dayandıracaq komandalar yox səviyyəsindədir. “Barselona”nı udmaq üçün çox güclü hazırlaşmaqla yanaşı, taktiki və fiziki cəhəddən  də hazırlıqlı olmaq lazımdır.

“Arsenal” üçün minimal hesablı qələbə və ya heç-heçə praqnozlaşdırılırdı. İndiki halda isə  səfərdə “Barselona” kimi komandaya qarşı, Noukamp kimi stadionda ən azı 3 top vurub, növbəti mərhələyə çıxacağı inandırıcı deyil. Bu oyunda hesab açılana qədər “Arsenal”ın 2 qol şansı oldu, amma dəyərləndirə bilmədilər. “Barselona”nın bir deyil, hər bir futbolçusu yüksək səviyyədə hazırlıqlıdır. “Barselona” qalibiyyətə layiq idi. Hətta ola bilər ki, növbəti oyunda Messi, Suares və Neymara istirahət versinlər və belə halda da lazım olan nəticəni qazanmaq mümkündür.

Sənan bəy, “Yuventus” və “Bavariya” qarşılaşmasından danışarkən isə son illər “Yuventusa” yeni nəfəs gəldiyini qeyd etdi:

“İtalyanlar, sadəcə, alman qol maşınının belə sürətlə hərəkət edəcəyini gözləmirdilər. “Bavariya” səfərdə adətən 1/8 kimi mərhələlərdə böyük hesablı qalibiyyət istəmir. Müller və Robenin qollarına görə, “Bavariya”ya təşəkkür düşür. Yuventus da 2 qoldan sonra özünə gəldi, bərabərliyi təmin etdi. Lakin, səfər oyununda Yuventusun növbəti mərhələ şansları dumanlı görünür. “Münhen”də “Bavariya”ya qarşı heç nə edə bilməyəcəklər”.

GSR.fm