Paylaş

İspaniya La Liqasının 26-cı turunda “Sevilya” ilə keçirilən oyun “Barselona” üçün əlamətdar olub.

Rəqibinə 2:1 hesabı ilə qalib gələn Kataloniya təmsilçisi məğlubiyyətsizlik seriyasını 34-ə yüksəldib.

“Barselona” cari mövsüm bütün turnirlər nəzərə alınmaqla 34 oyundur ki, uduzmur. Bununla da, “Barselona” əzəli rəqibi “Real” (Madrid) klubunun rekordunu təkrarlayıb.

Qeyd edək ki, “Real” 1988/1989 mövsümündə ardıcıl 34 oyunda meydanı məğlub tərk etməyib.

Qol.Az