Paylaş

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinə start verilib.

Bu barədə KİSHİ.az-a müsahibə verən idman şərhçisi Rövşən Binnətli “Barselona”-nın problemləri olduğunu vurğuladı:

“Əslində Barselonanın qalib gələcəyini əvvəlcədən bəzi statistik göstəricilərə və komandanın hazırki vəziyyəti ilə bağlı paralellər aparsaq, bu fikri söyləmək mümkün idi. Derbidə “El Klasiko”-da “Barselona”-nın məğlub olması, komandanın istənilən səviyyədə oyun nümayiş etdirməməsi Çempionlar Liqasında bütün diqqəti öz üzərinə cəlb edəcəyi fikrini yaratmışdı. “Real Madrid” ilə tam gücü ilə oynamadı və məğlub oldu. Dünənki oyun göstərdi ki, hansısa bir dövrdür ki “Barselona”-da problemlər var. O problemlər “Atletiko-Madrid” oyununda da özünü qabarıq şəkildə göstərdi. Komanda əzmkar qələbə qazandı. Amma nəzərə almaq lazımdır ki, rəqib oyunun 2/3 hissəsini azlıqda keçirdi və bu “Barselona”-nın qalib gəlməsində mühüm rol oynadı. “Atletiko-Madrid” kubok komandadır. Çox layiqli müqavimət göstərdi. Bu komandalar arasında yarımfinala çıxacaq klubun müəyyənləşməsi cavab oyunundan asılıdır. Hər iki komandanın böyük şansı var. Yarımfinala çıxmaqda “Bavariya”-nın problem olmayacaq. Cavab oyununa “Atletiko-Madrid”-in ev sahibliyi etməsi böyük üstünlükdür. Digər üstünlük isə səfərdə 1 qol vurmaqla məğlub olmasıdır. Səfərdə vurulan 1 qol komandaya kömək ola bilir. Evdə 1:0 hesabı ilə qələbə qazanmaqla “Atletiko-Madrid” öz istəyini reallaşdıra bilər. Cavab görüşünün gərgin keçəcəyi gözlənilir”.