Paylaş

“Barselona” klubunun mövsümün əvvəlində transfer etdiyi Arda Turaan gözdən düşməyə başlayıb.

Bu barədə ispan “Diariogol” qəzeti yazıb. Yazıda bildirilib ki, mövsümün əvvəlində Marko Reus və A.Turan arasında qalan katalon klubu indi bunun peşmanlığını yaşayır. Türkiyəli futbolçunun son oyunlardakı performansı gözləntilərin altında olduğu üçün “Barselona” Arda haqda ciddi düşünməyə başlayıb:

“Klub prezidenti Bartomeu M.Reusu gətirmək istəyirdi. Ancaq baş məşqçi Luis Enrike Ardanı seçdi. Yüksək məbləğə alınan futbolçunun “Nou Kamp”dakı çıxışı artıq şübhə altına alınır”.

Ardanın Enrikenin problemi olduğu deyilən yazıda klubdan heç kimin türk futbolçunun oyun keyfiyyətini müzakirə etməməsi də qeyd edilib:

“Soyunma otağında sürətlə oyunçulara qaynayıb qarışan A.Turan meydançada “Atletiko Madrid”dəki çıxışının əksinə “Barsa”da sönük ulduz olaraq qalıb”.