Paylaş

İspaniyanın “Barselona” klubunda yeni prezident seçkiləri keçirilib.

Kishi.az-ın Qol.Az-a istinadən verdiyi məlumata görə, Joze Mario Bartomeu seçkilərdə qalib gələrək yenidən klubun prezidenti olub.

Dörd namizədin mübarizə apardığı seçkilərdə Bartomeu 49,5 faiz səs toplayıb. Bartomeunun əsas rəqibi Joan Laporta 36,6 səslə ikinci, Aqusti Benedito isə 7,8 səslə üçüncü olub.

Qeyd edək ki, Bartomeu 2014-cü ilin yanvar ayından etibarən “Barselona”da prezident vəzifəsini icra edir.