Paylaş

Aprelin 27-də Çempionlar Liqasının yarımfinal mərhələsində “Atletiko” (Madrid, İspaniya) – “Bavariya” (Almaniya) komandaları arasında görüş keçiriləcək.

Oyun haqqında idman şərhçisi Rövşən Binnətli Kishi.az-a müsahibə verib. O bildirib ki, komandaların hər ikisinin özünün güclü tərəfləri var:

“Bu görüşdəki şansları bərabər qiymətləndisək də, burada cüzi də olsa, üstünlüyü Almaniya təmsilçisinə verirəm. Burada belə aşkar favorit görmürəm. Yəni bu iki komandanın hər ikisi olduqca güclü təsir bağışlayır. “Atletiko Madrid” müdafiədə olduqca savadlı və etibarlı oynayır. Bu onlara uğur gətirə bilər. Amma Çempionatın gedişində də görmüşük ki, “Bayern Münhen” çətin vəziyyətdən çıxmaq üçün alman qətiyyəti və mübarizliyi çox güclüdür. Burada heç bir komandanın birini digərindən üstün tutmuram. Hissiyatım mənə deyir ki, yekunda Bayern-Münhen komandası üstün olacaq”.